Ayələrdə Hz.İbrahim və Hz.Lutun Allah`ın əmri ilə hicrət edib gözəl bir yurdda yerləşdikləri bildirilir. Rəbbimiz Quranda bu iki mübarək insana və soylarına qismət etdiyi xeyirli aqibəti bu şəkildə xəbər verir:
("Ənbiya" surəsi, 71-75).
Həm Hz.Lut, həm də Hz.İbrahim hicrət ediblər, yəni yaşadıqları evlərini və yurdlarını Allah`ın əmri ilə tərk ediblər.
Hicrət ancaq saleh möminlər tərəfindən həyata keçirilə bilən bir ibadətdir. Dindən uzaq yaşayan insanlar hər şeylərini, bütün varlıqlarını bir anda buraxıb naməlum bir yerə köçməyə cürət edə bilməzlər. Evləri, əşyaları, mal və mülkləri onlar üçün çox önəmlidir. Halbuki bir mömin hara gedirsə getsin, Allah`ın ona qismət etdiyinin ən xeyirlisi olacağını bildiyi üçün heç tərəddüd etmədən var-yoxunu buraxıb Allah`ın rizası üçün hicrət edə bilər. Hz.İbrahim və Hz.Lut bu təslimiyyəti və təvəkkülü ən gözəl şəkildə göstərmişlər. Allah`ın rizasını qazanmaq üçün dünyadan üz döndərmiş, əvəzində isə Rəbbimiz onları həm dünya həyatında bərəkətli bir yerdə məskunlaşdırmış, həm də axirətdə sonsuz cənnət nemətlərini bəxş etmişdir.
Allah`a güvənən və həyatlarıın hər anında mütləq bir xeyirlə qarşılaşacaqlarını bilən möminlər də hər zaman peyğəmbərlər kimi Allah`a təslimiyyətli davranmalıdır. Çünki gələcək qorxusu və dünyaya aid istəklər ancaq din əxlaqından uzaq yaşayan insanlara xas xüsusiyyətlərdir. Rəbbimiz maddi mənfəətlərinin ardınca düşməmələrinin bir mükafatı olaraq möminləri həm dünyada, həm də axirətdə misli görünməmiş nemətlərlə müjdələyir.
Bununla yanaşı Quranda Allah`dan böyük bir nemət olaraq peyğəmbərlərin sahib olduqları böyük mülkdən bəhs edilir. Hz.Davuda dünya həyatında bir mülk verilmiş, Hz.Süleyman kimsənin gücünün çatmadığı bir qüvvətə və zənginliyə sahib olmuşdu. Allah Quranda Hz.İbrahimə və soyuna da böyük bir mülk verdiyini bildirir:
Mal-mülk və iqtidar inkarçılar və ya qəflətdəki insanlar üçün dərhal hər zaman təkəbbürə və ərköyünlüyə səbəb olur. Halbuki peyğəmbərlər və onların yolunu davam etdirən möminlər Allah`ın onlara verdiyi mal-mülkdən Onun rizasına uyğun olaraq din əxlaqının yayılması üçün xeyir işlərdə istifadə edirlər. Ayrıca möminlərin önəmli bir cəhəti də mülkün tamamən Allah`a aid olduğunu bilməsidir. Saleh müsəlmanlar onlara dünya həyatına dair nemətlər veriləndə Rəbbimizə şükr edər. Ancaq bu nemətlər əskiləndə də yenə Allah`a qəlbən həmd edər və gözəl bir şəkildə səbr göstərərlər. Çünki onlar dünya həyatında bir sınaqdan keçirildiklərini və Allah`ın insanları tayı-bərabəri olmayan cənnət neməti ilə mükafatlandıracağını bilirlər: