More Website Templates @ TemplateMonster.com - May 05, 2014!
Nəticə

Bu saytda Hz.Lutun Allah`a olan güclü imanlarını, hər işlərində Rəbbimizə üz tutub Ona doğru dönmələrini, üstün əxlaqlarını, bütpərəst və azğın qövmləri ilə apardıqları çətin mübarizəni Quran ayələri ilə təsdiqləyərək izah etdik. Hz.Lut azğın qövmünə qarşı səbrlə mübarizə aparmış, onları Allah`a iman gətirməyə və əxlaqsızlıqlardan uzaq durmağa dəvət etmişdi. Allah`ın aləmlərə üstün seçdiyi bu mübarək insanlar həyatları boyunca göstərdikləri iman dərinliyi və yüksək əxlaqla Allah`ın rizasını qazanmış, sonsuz nemətlərlə bəzənmiş cənnət yurduna çatmışlar.

Səmimi iman sahiblərinin həyatındakı ən böyük məqsədləri də bir hidayət rəhbəri olan peyğəmbərlərimizin bu şərəfli yolunu davam etdirmək və beləcə Allah`ın razı olduğu müvahhid qullardan olmaqdır. Allah Ona itaət edənlərin alacağı mükafatı "Nisa" surəsində bu şəkildə müjdələyir:

"Allah`a və Peyğəmbərə itaət edənlər Allah`ın nemətlər verdiyi nəbilər, siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!" ("Nİsa" surəsi, 69).

Peyğəmbərlər kimi Allah`ın dostu ola bilmək və axirətdə də peyğəmbərlərlə birlikdə ola bilmək üçün insanın bütün həyatını Allah`ın rizasına uyğun olaraq yaşaması, daim Allah`a etibar etməsi, Allah`ı və Onun dinini hər şeydən üstün tutması lazımdır. Hər kim bu əxlaqı göstərərsə, hər kim Hz.İbrahim kimi "aləmlərin Rəbbinə təslim oldum" deyir və bu şəkildə yaşayarsa, o, ən böyük xoşbəxtliyə və nicata çatmağı Allah`dan uma bilər.

Əhəmiyyətli olan məsələ dünyanın bu böyük sirrini, hər şeyin Allah`ın qüdrətində olduğunu, hər şeyin Ona boyun əydiyini başa düşmək və buna görə yaşamaqdır. Hz.Lut bu sirri qavramış və Allah`ın dostu olmuşdur. Bütün iman sahiblərinin də Allah`ın mübarək elçiləri kimi dərin bir imanı və mənəviyyatı əldə etməyi qarşılarına məqsəd qoyması, Allah`ın Özünə dost qəbul etdiyi xoşbəxt insanlardan olmaq üçün ciddi bir səy göstərməsi lazımdır.


www.adnanoktar.com
A9 tv
Design studio 313