More Website Templates @ TemplateMonster.com - May 05, 2014!
Həlakın gerçəkləşməsi

Hz.Lutun qövmünün həlak edəcəyinin xəbəri elçilər tərəfindən ilk öncə Hz.İbrahimə bildirilir:

"Dedi: "Ey elçilər! Sizin işiniz nədir?" Onlar dedilər: "Biz günahkar bir qövmə göndərilmişik. Onların başına gildən daşlar yağdırmaq üçün gəlmişik. Həddi aşanlar üçün sənin Rəbbinin dərgahında xüsusi nişan qoyulmuşdur! Nəhayət, orada olan möminləri çıxartdıq. Lakin orada bir evdən başqa müsəlman tapmadıq" ("Zariyat" surəsi, 31-36).

Elçilər Hz.İbrahimdən sonra Hz.Luta getmiş və ona da bu həlak barədə xəbər vermişdilər. Müsəlman cəmiyyət isə bu həlakdan qorunacaqdı. Allah Lut qövmünü necə bir əzabla həlak etdiyini belə bildirir:

"And olsun ki, onlar öz qonaqlarını onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik “İndi əzabımı və təhdidlərimi dadın!" - dedik" ("Qəmər" surəsi, 37).

"Əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş bərk daşlar yağdırdıq. Onlara Rəbbinin dərgahında əlamət qoyulmuşdu. O zalimlərdən də uzaq deyildir!" ("Hud" surəsi, 82-83).

Ayənin başındakı "altını üstünə çevirmək" felinin şiddətli bir zəlzələ ilə bölgənin yerlə-yeksan olduğunu ifadə etməsi mümkündür. Ayənin davamında xəbər verilən "üzərinə odda bişmiş bərk daşlar yağdırdıq" ifadəsi ilə vulkanik bir partlayışa və bunun sonunda püskürən "odda bişmiş" qaya və daşlara işarə edilə bilər. "Şuəra" surəsinini 173-cü ayəsində eyni hadisə "...Üstünə bir yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman yağışdır!" şəklində bildirilir. Yəni qövm bir tərəfdən qorxulu bir zəlzələ, digər tərəfdən də üzərlərinə yağan vulkanik lavalar və qaynar daşlarla yox edilə bilir (Ən doğrusun Allah bilir).

Tarixçilər Lut qövmünün başına gələn bu böyük fəlakətin yerinin "Lut gölü" və ya "Ölü dəniz" kimi məlum olan gölün sahilləri olduğunu düşünürlər. Müasir dövrdə İsrailin işğalı altındakı Qərbi Şeriya ilə Iordaniya arasında qalan Lut gölünün yanında yer alan tarixi Sodom və Qomorra şəhərləri Hz.Lutun təbliğ etdiyi pozğun camaatın yaşadığı yerlər kimi qəbul edilir. Bölgədə aparılan arxeoloYi araşdırmalar Lut gölünün sahillərində yerləşən bu şəhərlərin böyük bir zəlzələ nəticəsində aşağı çökdüyünü göstərir. Tədqiqatçılara görə, Lut gölünün bir hissəsini yerin dərinliklərinə girən Lut qövmünün qalıqları təşkil edir (Ətraflı məlumat üçün bax: Harun Yəhya, "Qövmlərin həlakı").


www.adnanoktar.com
A9 tv
Design studio 313