More Website Templates @ TemplateMonster.com - May 05, 2014!
Pompey xalqı Lut qövmü ilə eyni aqibəti yaşadı

Pompey Romada əxlaqi degenerasiyanın simvolu idi. Pompey xalqı da eynilə Lut qövmü kimi cinsi azğınlıqlara yönəlmiş, Allah`ın əmr etdiyi əxlaqa və həyata zidd olan bir həyat tərzini seçmişdi. Ancaq onların da aqibəti Lut qövmü kimi oldu. Çünki Allah`ın əmrlərinə qarşı çıxan hər xalq bunun əvəzini mütləq dünyada ya da axirətdə alacaq. Bu, Allah`ın bir qanunudu və Allah "Sən Allah`ın sünnəsində heç bir dəyişiklik tapmazsan!" ("Fatir surəsi, 43) ayəsi ilə bu gerçəyi bizlərə xəbər verir.
Pompeyin həlakı Vezuvi vulkanının püskürməsi ilə baş vermişdir. Vezuvi vulkanı Italiyanın, xüsusilə də Neapol şəhərinin simvoludur. Təxminən 2000 ildən bəri susqun olan Vezuvi “İbrət dağı" adlandırılır. Məşhur Sodom və Qomorra şəhərlərinin başına gələn fəlakətlə Pompey faciəsi bir-birinə çox bənzəyir. Vezuvinin qərb yamacında Neapol, şərq yamacında isə Pompey şəhəri yer alır. Təxminən 2000 il öncə baş vermiş bir lava və kül püskürməsi böyük bir fəlakət olaraq bu şəhərin insanlarını ani bir şəkildə yaxalamışdı. Fəlakət elə ani olmuşdu ki, hər şey 2000 il əvvəl olduğu kimi qaldı. Sanki zaman donduruldu.

Pompeyin belə fəlakətlə yer üzündən silinməsində əlbəttə, dərs alına biləcək hikmətlər var. Tarixi qeydlər şəhərin yox olmazdan öncə tam bir səfahət və azğınlıq mərkəzi olduğunu göstərir. Ancaq Vezuvinin lavaları bir anda bütün şəhəri xəritədən sildi. Hadisənin ən maraqlı tərəfi isə şəhərin gündəlik yaşayışı içində Vezuvinin qorxunc partlamasına baxmayaraq heç kəsin qaça bilməməsi və olduğu yerdə donub fəlakətdən bixəbər olması idi. Yemək yeyən bir ailə o andakı kimi eynilə daşlaşmışdı. Pozğunluq əsnasında daşlaşmış bir çox insan tapılmışdı. Daha əhəmiyyətlisi odur ki, bu insanlar arasında eyni cinsdən olanlar, kiçik oğlan və qız uşaqları da vardı. Pompey qalıqlarından çıxarılan daşlamış insan cəsədlərinin bəzilərinin üzləri heç pozulmadan qalmışdı. Ümumi üz ifadəsi çaşqınlıqdı. Çünki bu xalq Allah`ın ayələrində bildirildiyi kimi, "birdən-birə" yox olmuşdu. Allah bu mövzuda "bir şəhər xalqını" belə nümunə verir:

"Onlara ancaq dəhşətli bir səs oldu. Dərhal məhv olub getdilər" ("Yasin" surəsi, 29).


www.adnanoktar.com
A9 tv
Design studio 313