More Website Templates @ TemplateMonster.com - May 05, 2014!
Hz. Lutun qövmünü xəbərdar etməsi

"Lut tayfası da peyğəmbərləri təkzib etdi. O zaman ki, qardaşları Lut onlara dedi: "Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allah`dan qorxun və mənə itaət edin!" ("Şuəra" surəsi, 160-163).

Hz.Lut qövmündən elədikləri "çirkin həyasızlığa" son qoymağı və ona tabe olmağı istəmişdir. O, etdiyi bu təbliğin dərhal ardınca onlardan heç bir əvəz gözləmədiyini, yalnız Allah`ın razılığına nail olmaq üçün səy göstərdiyini bildirmişdi:

"Mən bunun müqabilində sizdən heç bir əvəz istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!" ("Şuəra" surəsi, 164).

Hz.Lut bu sözlərindən sonra qövmünün yaşadığı həyatın nə qədər böyük əxlaqsızlıq olduğunu belə tərif etmişdi:

"Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz həddi aşan bir camaatsınız!" Onlar dedilər: "Ey Lut! Əgər son qoymasan, mütləq qovulacaqsan!" Lut dedi: "Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!" ("Şuəra" surəsi, 165-168).

Hal-hazırda bəzi insanlar bu kimi azğınlıqları mümkün və məşru göstərməyə çalışır. Dünyanın dörd bir yanında əxlaqi aşınma və degenarasiyanın artmasının səbəblərindən biri də budur. Halbuki müsəlman bütün həyatını Allah`ın bildirdiyi hökmlərə görə müəyyən edir. Allah`ın "çirkinlik-həyasızlıq" kimi tərif etdiyi bu əxlaqi azğınlıq qarşısında iman sahiblərinin davranışı da Hz.Lut kimi olmalıdır.

Lut peyğəmbərin bütün cəhdlərinə hədə-qorxu və hücumlarla cavab verən bu ağılsız və əxlaqsız insanların sayca çox olmasından qaynaqlanan bir arxayınçılıq hissi içində olduqları da ayələrdən görünür. Dindən uzaq yaşayan insanların bir qismi bu cür yanlış bir nöqteyi-nəzərə sahibdir. Yəni saylarının çox olması onlara bir əminlik hissi verir. Ancaq Rəbbimiz bizə tarix boyunca iman edənlərin sayının həmişə az olduğunu bildirir. Hz.Lutun qövmünün içindəki iman edənlərin sayı üçün də Allah ayəsində "Lakin orada bir evdən başqa müsəlman tapmadıq" ("Zariyat" surəsi, 36) şəklində buyurur. Ancaq Allah`ın köməyi və dəstəyi daim möminlərin yanındadır və mühüm olan da budur. Quranda Rəbbimiz səmimi qəlblə iman edən, sadəcə Allah`ın rizasını gözləyən, axirət yurdu üçün saleh əməllər edən, İslam əxlaqını insanlar arasında yaymaq üçün səy göstərən iman sahiblərinin hər zaman qalib gələcəklərini vəd edir. "Nur" surəsində Rəbbimiz bu şəkildə buyurur:

"Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün onların Allah`ın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, əsl fasiqlərdir!"
("Nur" surəsi, 55).

Rəbbimizin bu ilahi qanunu yüzilliklər boyunca gerçəkləşmiş, hər zaman azlıqda olan möminlər özlərindən sayca çox olan qövmlərinə qarşı mübarizədə çox böyük zəfərlər əldə etmişdir. Allah iman edənləri belə müjdələyir:

"...Neçə dəfə olub ki, az bir dəstə Allah`ın izni ilə, çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!"" ("Bəqərə" surəsi, 249).


www.adnanoktar.com
A9 tv
Design studio 313