
Quranda bəhs edilən ən azğın qövmlərdən biri Hz. Lutun qövmüdür. Bu qövm ayələrdə də bildirildiyi kimi, bir çox cinsi əxlaqsızlıqlar içində olan, yol kəsən və təcavüzkarlıq edən bir qövmdür.
Hz. Lut hər cəhətdən böyük bir azğınlıq və əxlaqsızlıq girdabında olan qövmünü Allah üçün yaşamağa və gözəl əxlaqlı olmağa çağırmışdır. Üsyankar rəftarından və çirkin əməllərindən əl çəkmək istəməyən qövm isə Hz. Luta inadla qarşı çıxmışdı. Ancaq qövmünün israrlı inkarına baxmayaraq Allahın bütün peyğəmbərləri kimi Hz. Lut da qövmünü hidayət yoluna yönəltmək üçün ciddi səy göstərmiş, bu azğın insanların hücumlarından və atdığı iftiralardan çəkinmədən onları Allahın yoluna çağırmışdı.
Allahın yuxarıdakı ayələrində də bildirildiyi kimi, Hz. Lut qövmünə etdikləri çirkinlikləri izah etmiş və onları Allahın bəyəndiyi təmiz bir həyata çağırmışdır. Ancaq tarix boyu bir çox inkarçı qövm kimi Hz. Lutun qövmü də öz peyğəmbərinə itaət etməmiş və onu doğru yoldan ayırmaq üçün müxtəlif iftiralar atmağa çalışmışdı.
Böyük bir azğınlıq içində olan Lut qövmü Hz. Lutu yurdlarından qovub çıxarmaqla hədələmiş, peyğəmbərin və yanındakı möminlərin maddi və mənəvi təmizliyinə istehza etmişdi. Hz. Lut onları dəfələrlə haqq yoluna çağırdığı halda onun bu çağırışına cavab verməyən və inadla inkar edən qövmünə reaksiyasını belə dilə gətirmişdir:
Bu ayədən də göründüyü kimi, Hz. Lut öz qövmünün bütün inadkarlığına və azğınlığına baxmayaraq Allahın əmrlərinə uymuş, insanları da buna dəvət etmiş və bunda qəti bir qərarlılıq göstərmişdir. Allahın razı olmayacağı hər cür davranışdan özünün də razı olmadığını və buna mane olmaq üçün səy göstərəcəyini dilə gətirmişdir.