
Bu saytda Hz.Lutun Allah`a olan güclü imanlarını, hər işlərində Rəbbimizə üz tutub Ona doğru dönmələrini, üstün əxlaqlarını, bütpərəst və azğın qövmləri ilə apardıqları çətin mübarizəni Quran ayələri ilə təsdiqləyərək izah etdik. Hz.Lut azğın qövmünə qarşı səbrlə mübarizə aparmış, onları Allah`a iman gətirməyə və əxlaqsızlıqlardan uzaq durmağa dəvət etmişdi. Allah`ın aləmlərə üstün seçdiyi bu mübarək insanlar həyatları boyunca göstərdikləri iman dərinliyi və yüksək əxlaqla Allah`ın rizasını qazanmış, sonsuz nemətlərlə bəzənmiş cənnət yurduna çatmışlar.
Səmimi iman sahiblərinin həyatındakı ən böyük məqsədləri də bir hidayət rəhbəri olan peyğəmbərlərimizin bu şərəfli yolunu davam etdirmək və beləcə Allah`ın razı olduğu müvahhid qullardan olmaqdır. Allah Ona itaət edənlərin alacağı mükafatı "Nisa" surəsində bu şəkildə müjdələyir:
Peyğəmbərlər kimi Allah`ın dostu ola bilmək və axirətdə də peyğəmbərlərlə birlikdə ola bilmək üçün insanın bütün həyatını Allah`ın rizasına uyğun olaraq yaşaması, daim Allah`a etibar etməsi, Allah`ı və Onun dinini hər şeydən üstün tutması lazımdır. Hər kim bu əxlaqı göstərərsə, hər kim Hz.İbrahim kimi "aləmlərin Rəbbinə təslim oldum" deyir və bu şəkildə yaşayarsa, o, ən böyük xoşbəxtliyə və nicata çatmağı Allah`dan uma bilər.