
Hz. Lutun qövmü, maviliyin məşhur olduğu azğın bir qövm idi. Hz. Lut, Allahın təbliğini gətirdiyində onu inkar etdilər və pozğunluqlarına davam etdilər. Axırda Allah Lut qövmünü, qorxunc bir fəlakətlə həlak etdi.
Hz. Lutun yaşadığı şəhərin Əhddə keçən adı Sodomdur. Arxeoloji işlərdə, şəhərin, İsrail-İordaniya sərhədi boyunca uzanan Duz gölünün (Ölü dəniz) yaxınlarında olduğu aydın olur. Bu qövmün Quranda yazılanlara uyğun bir şəkildə həlak olduğu aydın olmuşdur.
Allah Quranda belə buyurur:
Özlərini doğru yola dəvətinə qarşılıq qövmü Hz. Lutu təhdid etdi, doğru yolu göstərməsindən ötəri hirsləndilər, onu sürgün etmək istədilər. Bunun uçun də Hz. Lut, Allahdan kömək istədi:
Sonra Allah, iki mələk göndərdi, Hz. Lutu qurtarıb səhər vaxtı, Lut qövmünü həlak etdi.
Quranda, qövmün həlakı belə təsvir edilir:
(Hicr surəsi, 73-76)
Bu fəlakətdən Hz. Lut və "bir ev xalqı" qədər olan iman edənlər qurtarıldı. Azğın qövm isə, yerlə bir oldu. Hz. Lutun arvadı da iman etmədiyi üçün həlak edildi: